09:41 27.12.2021
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2021-ci il dekabrın 23-də ölkə üzrə 376 ictimai iaşə obyektində 651 monitorinq keçirib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi ilə Ə. Yaqubov küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Cəfərov Səxavət Əjdər oğluna məxsus kafe;
2. Bakı şəhəri, Yasamal rayonu, H. Cavid pr., ev d, 556/557-ci məhəllədə yerləşən, fiziki şəxs Emin Kəklikə məxsus “Böyük Firat” restoranı;
3. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəs., “D” yaşayış sahəsi, ev 20 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Rizvan Əvəz oğluna məxsus “Ləvəngi” restoranı.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.