preloader gif

Məmməd Abbasbəyli Dövlət Xidmətinə rəis təyin edildi


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri,gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:38 24.12.2021

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yeni rəisi təyinatı olub.

FED.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla bu posta Məmməd Aslan oğlu Abbasbəyli gətirilib.

Qeyd edək ki, M.Abbasbəyli bu təyinatadək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsində işləyib.

Xatırladaq ki, M. Abbasbəyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin qardaşıdır. 

SIĞORTANI İNDİ ƏLDƏ ET