preloader gif

Sığorta şirkəti tərəfindən əmlak sığortası üzrə sığorta ödənişi hansı formada həyata keçirilə bilər?

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
10:59 28.06.2021

Sığorta şirkəti tərəfindən əmlak sığortası üzrə sığorta ödənişi hansı formada həyata keçirilə bilər?

Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən əmlak sığortası üzrə faydalanan şəxsin sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olduğu hal istisna olmaqla, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalardan hər hansı birində həyata keçirilə bilər.

Bunlara a) zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; b) sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; c) sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; yaxud d) sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi aid edilir. Əgər əmlak sığortası üzrə faydalanan şəxs sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olmuşdursa, sığorta ödənişinin yuxarıda sadalanan c və d bəndlərində göstərilən formaları tətbiq edilir. Sığorta ödənişinin digər formaları əmlakın etibarnaməli idarəçisi olan faydalanan şəxs tərəfindən zərərin aradan qaldırılmasının nəticələri sığortaçıya təqdim olunduğu halda tətbiq edilir.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET