Nazirlər Kabineti “Könüllü tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi Qaydaları”nı təsdiq edib.
APA-nın məlumatına görə, qaydalara əsasən, könüllü tibbi sığorta şəhadətnaməsi – sığortaolunana yaşayış yerindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün ərazisində, habelə Azərbaycan Respublikası ilə tibbi sığorta sahəsində müqavilə bağlayan digər dövlətin ərazisində Tibbi Sığorta Proqramında göstərildiyindən az olmayan həcmdə tibbi yardım almağa təminat verən sənəddir.
Könüllü tibbi sığorta şəhadətnaməsi sığortaçı tərəfindən hər bir sığortaolunana könüllü tibbi sığorta müqaviləsi ilə müəyyən edilmiş qaydada verilir.
Könüllü tibbi sığorta şəhadətnaməsi vahid formada təsdiq edilir və Azərbaycan Respublikasının ərazisində qüvvəyə minir. Sığortaolunanlar tibbi yardım üçün tibb müəssisələrinə müraciət etdikdə könüllü tibbi sığorta şəhadətnaməsi ilə birlikdə şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.
Sığortaolunan könüllü tibbi sığorta şəhadətnaməsini itirdikdə bu barədə sığortaçıya rəsmi surətdə xəbər verməlidir. İtirilmiş könüllü tibbi sığorta şəhadətnaməsinin əvəzinə sığortaçı sığortaolunana şəhadətnamənin dublikatını verməlidir.
Qeyd edək ki, yeni qaydalarla əlaqədar “Tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında” qərar ləğv edilib.
Mənbə:Apa.az
 
        
    
 İcbari Avto
                    İcbari Avto                 İcbari Əmlak
                    İcbari Əmlak                 Səyahət
                    Səyahət                 Əcnəbilər üçün Tibbi sığorta
                    Əcnəbilər üçün Tibbi sığorta                 Həyat Sığortası
                    Həyat Sığortası                 Rahat Sığorta
                Rahat Sığorta             Sığorta Xəbərləri
                Sığorta Xəbərləri             Websayt üzrə rəylər
                Websayt üzrə rəylər             Sığorta şirkətləri
                Sığorta şirkətləri             Qaydalar
                Qaydalar             Şirkətlər üzrə rəylər
                Şirkətlər üzrə rəylər             Şirkətlərin reytinqi
                Şirkətlərin reytinqi             Sığorta hadisəsi zamanı
                Sığorta hadisəsi zamanı             Sığorta bələdçisi
                Sığorta bələdçisi             Sığorta terminləri
                Sığorta terminləri             İzahlı sığorta terminləri
                İzahlı sığorta terminləri             Sığorta növləri
                Sığorta növləri             Qanunvericilik
                Qanunvericilik             Çox verilən suallar
                Çox verilən suallar             Gömrük kalkulyatoru
                Gömrük kalkulyatoru             Icbari kalkulyator
                Icbari kalkulyator             Şəhadətnamə yoxlama
                Şəhadətnamə yoxlama             Sığorta ödənişi
                Sığorta ödənişi             
         
         
         
                                            
                             
         
        