14:27 02.06.2021
2021-ci ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətindən 11-nin ödənişləri illik müqayisədə artıb, 5-nin ödənişləri azalıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, “Naxçıvansığorta” və “Xalq Həyat” Sığorta ötən il ödəniş etmədiyindən, “Aqrar” Sığorta və Meqa Həyat Sığorta yeni yarandığından müqayisə etmək mümkün deyil.
Ən çox sığorta ödənişi artan şirkətlər arasında birinci yerdə “Dövlət Sığorta Kommersiya” şirkəti (6 dəfə) dayanır. Sığorta ödənişi ən az artan şirkət isə “Meqa Sığorta” (artım 2%).
Ödənişləri illik müqayisədə ən çox azalan şirkət “İpək Yolu Sığorta” şirkətində (93% azalma), ən az azalma isə “PAŞA Sığorta” şirkətində (6% azalma) qeydə alınıb.
Mənbə: Banker.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.