“A-Group” Sığorta Şirkətinin İdarə Heyətinə yeni üzv seçib

13:08 02.06.2021

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri

“A-Group” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin yeni üzvi seçilir.

Banker.az xəbər verir ki, bu, Niftiyev Yalçın Sakit oğludur.

Y.S.Niftiyev 2012-ci ildən bu sığorta şirkətinin Tibbi sığorta departamentinin rəhbəri kimi çalışırdı.

Yalçın Niftiyev bu təyinatı sığorta şirkətinin rəsmi səhifəsində qeyd olunsa da, hələ bu Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edilməyib. 11 iyunda Y.Niftiyev attestasiyadan keçməlidir.

Qeyd edək ki, Sığorta şirkətinin icra orqanına yeni rəhbər kimi Abas Miskərli təyin edilib. O, buna qədər İdarə Heyəti sədrinin müavini idi. A.Miskərli Anar Bayramovu əvəzləmşdi.

Beləliklə, Sığorta Şirkətinin İdarə Heyəti cəmi iki nəfərdən ibarət idi.

Qanunverciliyə görə, sığortaçının İdarə Heyəti üç nəfərdən az olmayan tək sayda fiziki şəxs olan üzvlərdən ibarət (hər biri üç ildən çox olmayan müddətə seçilir) olmalıdır.

Mənbə: Banker.az