16:10 07.05.2020
"Naxçıvan Sığorta" ASC-nin İdarə Heyətinə (İH) müvəqqəti sədr təyin edilib.
"Report" şirkətə istinadən xəbər verir ki, bu, İH-nin üzvü Tural Ələkbərovdur.
O, bu vəzifədə bir neçə gün bundan əvvəl Naxçıvan MR Dövlət Sığorta Xidmətinin direktoru təyin edilmiş Bəxtiyar Məmmədovu əvəz edib.
Xatırladaq ki, "Naxçıvan Sığorta", 2014-cü ildə yaradılıb Azərbaycanın yeganə regional sığorta şirkətidir.
Onun nizamnamə kapitalı 5,5 milyon manat, səhmdarı isə 100% "Naxçıvan Bank" ASC-dir.
Mənbə: Report.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.