Agentlik sədri: "Koronavirusla mübarizədə iştirak edən həkimlərin və ailə üzvlərinin sığortalanması tənzimlənə bilər"

16:08 07.05.2020

"Hansı həkimlərin koronavirusa yoluxma riski yüksəkdir, həyatlarını riskə atırlar, onların və ailə üzvlərinin sığortalanması tənzimlənə bilər".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, bununla bağlı aidiyyəti qurumlar təkliflərlə çıxış edəcək: "Bu, ilkin olaraq müzakirə olunub və hər kəs tərəfindən müsbət qarşılanıb". 

Mənbə: Apa.az