«Sistemi işləmir» iddiası ilə bağlı İcbari Sığorta Bürosundan - AÇIQLAMA

14:31 21.04.2022

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

İcbari Sığorta Bürosu sistemin işləmədiyi barədə məlumatlarla bağlı açıqlama yayıb.

Bürodan FED.az-a bildirilib ki, İcbari Sığorta Bürosunun sistemi işlək vəziyyətdədir və gündəlik iş rejimində fəaliyyət davam etdirilməkdədir. Sistemin təkmilləşdirilməsi ilə əlaqədar mütəmadi tədbirlər həyata keçirilməkdədir.

«Bəzi xəbər qaynaqlarında çıxan məlumatlarla əlaqədar olaraq araşdırmalar davam etdirilir. Nəticə barədə ictimayətə əlavə məlumat veriləcəkdir»-deyə İSB-dan bildirilib. 

Mənbə: Fed.az