Daha 3 startapa şəhadətnamə verildi - ADLARI

14:28 21.04.2022

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 39-a çatıb.

KOBİA-dan FED.az-a daxil olmuş məlumata görə, “Startap” şəhadətnamələri "Setup" MMC-nin uduşlu bilik yarışmasının təşkili (veb və mobil tətbiq vasitəsilə), "Smart Logistics 2021" MMC-nin yük maşınlarının sifarişi üçün mobil tətbiq, “Sakuraz Green Energy” MMC-nin litium-ion akkumulyatorlarının toplanması və bərpası işinin təşkili layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Mənbə: Fed.az