12:50 31.01.2022
Qlobal investisiya bankı “JP Morgan” ABŞ Mərkəzi Bankının (FED) mart ayında faiz artırmasından sonra dolların möhkəmlənməyə davam edə biləcəyini açıqlayıb.
FED.az xəbər verir ki, JP Morgan-nın Valyuta Strategiya Direktoru Daniel Hui, dolların qalxması üçün hələ də yer olduğunu qeyd edərək, “Bazarlar hələ də qiymət axtarışı rejimindədir. Dollar FED-in uçot dərəcəsini artırmasından sonra çox güman ki, 1-2 ay ərzində pik həddinə çatacaq”, - bildirib.
FED-in 2022-ci ildə 5 dəfə faiz artıracağı gözləntiləri güclənib.
Atlanta Fed-in prezidenti Raphael Bostic "Financial Times" qəzetinə verdiyi müsahibəsində ABŞ Federal Ehtiyat Sisteminin inflyasiyaya nəzarət etmək üçün Martda faizini 50 baza bəndi artıra biləcəyini bildirib.
Fed sədri Cerom Pauellin açıqlamaları dolların bahalaşmasına səbəb olub və Bloomberg Dollar Index 18 ayın ən yüksək səviyyəsinə qalxıb. Dolların ən çox ticarət edildiyi valyutalar qarşısında dəyərini ölçən indeks keçən il təxminən 5 faiz artmışdı. (Marja)
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.