12:47 31.01.2022
2021-ci ildə "Azexport" portalına 496,1 milyon ABŞ dolları dəyərində sifariş daxil olub.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın yanvar sayında bildirilir.
Sənədə əsasən, ötənilki ixrac sifarişlərinin 60,8 milyon dollarlıq hissəsi dekabr ayının payına düşüb.
Ötən ay portala ən çox ixrac sifarişi pambıq yağı, toyuq əti, buğda kəpəyi, alma, şərab, noxud, xurma, pomidor, kartof, qənnadı məhsulu və s. mallara daxil olub.
2017-ci ilin yanvar ayından ötən ilin sonuna qədər 5 il ərzində isə "Azexport" 145 ölkədən 2,7 milyard dollarlıq sifariş daxil olub.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.