Azərbaycanın sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə 25 milyon 572 min manat sığorta haqqı hesablanıb.
Banker.az Mərkəzi Bankdan əldə etdiyi məlumta əsasən xəbər verir ki, avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə hesablanmış sığorta haqları ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 0.2% azalıb.
2021-ci ilin yanvar-avqust dövründə avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə sığorta ödənişləri isə 18% artıb. Belə ki, bu dövrdə 9 milyon 817 min manat sığorta ödənişi edilib.
Mənbə: Fins.az