preloader gif

Azərbaycanda əkin sahəsinin sığortası üzrə ilk ödəniş həyata keçirilib


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
11:42 24.09.2021

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində əkin sahəsinə dəyən zərərlə bağlı ilk sığorta ödənişi həyata keçirilib.

Aqrar Sığorta Fondundan Banker.az-a verilən məlumata görə, sığorta ödənişi İsmayıllı rayonunun Mücü-Həftaran kəndində fəaliyyət göstərən fermer Arif Niftəliyevə məxsus üzümçülük təsərrüfatına edilib.

Fermerin 4 hektarlıq üzüm bağının 2 hektarı Aqrar Sığorta Fondu tərəfindən sığortalanıb. İyun ayında İsmayıllı rayonunda yağan dolu təsərrüfata ciddi zərər vurub, məhsul tamamilə korlanıb.

Sığorta hadisəsi ilə bağlı sahibkarın Aqrar Sığorta Fonduna müraciətindən sonra müstəqil aqrar sığorta ekspertləri hadisəni araşdırıb, hava şəraiti və digər məsələlərlə bağlı sənədləşdirmə işləri həyata keçirilib. Nəticədə Aqrar Sığorta Fondunun qərarı ilə fermerə sığorta ödənişinin verilməsi təsdiqlənib. Müvafiq prosedurlardan sonra 3 780 manat məbləğində sığorta ödənişi fermer Arif Niftəliyevin bank hesabına köçürülüb.

Sentyabrın 23-də İsmayıllı rayonunun Mücü-Həftaran kəndində yerləşən təsərrüfatda əkin sahəsi üzrə ilk aqrar sığorta ödənişinə həsr olunmuş tədbir və fermerlərlə görüş keçirilib.

Tədbirdə, Aqrar Sığorta Fondunun və İsmayıllı rayon icra hakimiyyətinin rəhbərliyi, İsmayıllı DAİM-in rəhbərliyi, İsmayıllı və ətraf rayonlardan olan fermer və sahibkarlar iştirak edib.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, dövlət də Aqrar Sığorta Fondunun sədri qarşıdakı dövrdə sığortalanan bitkilərin siyahısının daha da genişlənəcəyini bildirərək fermerləri öz təsərrüfatlarını qorumağa və sığortalamağa çağırıb stəyi ilə aqrar sığortanın tətbiqi getdikcə genişlənir, əkin sahələrini və heyvanlarını sığortalayan fermerlərin sayı artmaqdadır. Bir qədər əvvəl heyvandarlıq sığortası üzrə ödənişlərə başlandığını xatırladan F.Sadıqov bildirib ki, artıq əkin sahələri üzrə də ödənişlərin həyata keçirilməsi aqrar sığorta mexanizminin tam həcmdə işə düşdüyünü və fermerlərin qazancını qoruduğunu göstərir.

Aqrar Sığorta Fondunun sədri qarşıdakı dövrdə sığortalanan bitkilərin siyahısının daha da genişlənəcəyini bildirərək fermerləri öz təsərrüfatlarını qorumağa və sığortalamağa çağırıb.

Tədbirdə çıxış edən İsmayıllı rayon icra hakimiyyəti başçısının 1-ci müavini Mahmud Süleymanov bildirib ki, İsmayıllı rayonu dağlıq ərazidə yerləşdiyinə görə, burada təbiət hadisələrinin baş verməsi və onların təsərrüfatlara zərər vurması riski yüksəkdir. Onun sözlərinə görə, yerli təsərrüfatda baş verən hadisə və dəymiş zərərin Aqrar Sığorta Fondu tərəfindən ödənilməsi fermerlərin bu mexanizmə inamını artırır və təsərrüfatlarını sığortalamağa sövq edir.
 

Qeyd edək ki, fermer Arif Niftəlıyev ona məxsus olan 4 hektar üzüm bağının 2 hektarlıq hissəsini könüllü şəkildə sığorta edib. Üzüm sahəsinin sığortası üzrə hesablanmış sığorta haqqı 260 manat təşkil edib. Fermer bu məbləğin 50%-ni, yəni 130 manatını özü ödəyib, məbləğin qalan hissəsi aqrar sığorta qaydalarına uyğun olaraq fermerə dəstək məqsədilə dövlət tərəfindən ödənilib.
 

Dolu vurması nəticəsində bağa dəyən zərər 4200 manat məbləğində qiymətləndirilib, 10% azad olma məbləği nəzərə alınaraq fermerə 3780 manat ödəniş edilib.

Fermer Arif Niftəliyev sığorta ödənişinə görə, Aqrar Sığorta Fonduna təşəkkür edib. Fermer bildirib ki, növbəti il üzüm bağını və eləcə də ona məxsus olan digər əkin sahələrini bütünlüklə aqrar sığorta vasitəsilə sığortalayacaq. İş adamı aqrar sığorta mexanizminin işindən razı qaldığını bildirərək digər sahibkarları da bu üsulla təsərrüfatlarını qorumağa çağırıb.

Xatırladaq ki, indiyədək aqrar sığorta çərçivəsində ümumilikdə 3,9 milyon manatdan artıq sığorta haqqı toplanılıb. Bu məbləğdən 3 milyon 260 min manatı heyvandarlıq, 640 min manat isə bitkiçilik sektorundan toplanıb.

Sentyabrın əvvəlinə olan məlumata görə, indiyədək 15 minə yaxın mal-qara və 17 min hektar əkin sahəsi sığortalanıb. 

Tədbirdə Aqrar Sığorta Fondu tərəfindən fermerə simvolik ödəniş çeki də təqdim edilib.

Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu tərəfindən südlük inək və camışlar, 14 bitki növü (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq) və akvakultura məhsulları (balıqlar) sığortalanır.

Yaxın vaxtlarda aqrar sığortanın əhatə dairəsi genişlənəcək, ətlik mal-qara, qoyun və keçi təsərrüfatları da sığortalanacaq, bitkilərin siyahısı isə indiki 14-dən 40-a qaldırılacaq.
 


Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET