Agentlik: İcbari tibbi sığortanın xidmətlər zərfinin təkmilləşməsi üzərində iş gedir

10:57 20.05.2021

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri,İcbari tibbi sığorta,icbari tibbi sigorta

“İcbari tibbi sığortanın xidmətlər zərfinin təkmilləşməsi üzərində iş gedir”.

APA-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş müraciətləri şöbəsinin koordinatoru Nərgiz Hacıyeva bildirib.

Onun sözlərinə görə, xəstəliklərin beynəlxalq təsnifatı təsdiq ediləcək: “Bu təsnifat təsdiqləndikdən sonra icbari tibbi sığortanın da xidmətlər zərfi yenilənəcək. Vətəndaşların da hansısa xəstəliklə bağlı təklifləri varsa, Agentliyə müraciət edə bilərlər”.

Mənbə: Apa.az