“Azərbaycan Hava Yolları” sığortaçı seçir

10:50 20.05.2021

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri

“Azərbaycan Hava Yolları” QSC quruma məxsus hava gəmilərinin, hava limanı sahiblərinin və hava hərəkəti idarəetmə orqanlarının mülki məsuliyyətinin sığortasının satınalınması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 1 000 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 8-i, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə iyululn 17-si, saat 15:00-a qədər QSC-nin Bakı şəhəri, Binə qəsəbəsi, Heydər Əliyev aeroportuna təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun maliyyə-iqtisadiyyat idarəsinin rəisi Əlyəddin Quliyevdir.

Telefon: (012) 497-26-00 (daxili: 28-11); (012) 497-28-11.

Təkliflərə iyulun 18-i, saat 11:30-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: Fins.az