10:01 06.05.2021
“Doğuş, o cümlədən qeysəriyyə əməliyatı ilə doğuş da xidmətlər zərfinə daxildir”.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib.
O, xəstəxanalara göndərişlə gedən hamilələri sığorta ilə qeysəriyyə əməliyyatı edirlərmi sualını cavablandırakən deyib ki, doğuşdan sonra anaya, uşağa hər hansı xidmətin göstərilməsi də nəzərə alıb:
“Bununla yanaşı xəstənin stasionarda qalması, tibbi sərflər, dərman təminatı, qida xərcləri də xidmətlər zərfi ilə təminata alınıb”.
Mənbə: Fins.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.