11:02 05.05.2021
Sığorta vasitəçilərinin Mərkəzi Bank qarşısında hesabatlılığı müəyyən ediləcək.
Bu, “Sığorta fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziyanın ləğvi və yenidən müraciət halları ilə bağlı müddəalar təkmilləşdiriləcək.
Bundan başqa, sığorta vasitəçiləri işçilərinin attestasiyadan keçirilməsi tələbi qoyulacaq.
Eyni zamanda hüquqi şəxs olan sığorta brokerlərinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması tələbi aradan qaldırılır.
Sığorta agentlərinin sığortaçıda vəzifə tutması qadağan ediləcək
Mənbə: Apa.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.