preloader gif

İşsizlikdən sığorta ödənişi alanların sayı 20 minə çatdırılacaq


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı,işsizlik sığortası haqqında qanun, işsizlik sigortasi,
14:00 14.08.2020

Prezident İlham Əliyevin təsdiq etdiyi “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsinə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bu məqsədlə fondun builki büdcəsindən müvafiq istiqamətlər üzrə xərclərin artırılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “MediaPost”a verilən məlumata görə, işsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi, işsizlikdən sığorta ödənişi alanların sayının bu il üçün 20 minə çatdırılması nəzərdə tutulur.

“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanun bu məqsədlə fonddan cari il üzrə ayrılması nəzərdə tutulan vəsaitin 5 milyon manat artırılaraq 10 milyon manata çatdırılmasını nəzərdə tutur.

İşsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının artırılması ilə bərabər, onların kiçik sahibkarlığa çıxışına şərait yaradılmasında özünüməşğulluq proqramı mühüm rol oynayır.

Mənbə: MediaPost.az