preloader gif

Azərbaycanda 13 sığorta şirkətinin ödənişləri artıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
14:41 04.08.2020

Bu ilin yanvar-iyun aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 7-nin ödənişləri azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) isə son 1 ildə ödəniş etmədiyi üçün onun ödənişlərində dinamika qeydə alınmayıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət 5 ayda 401 min  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 4 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Qala Sığorta" ASC-dır.

Bu şirkətin ödənişləri 1,518 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,5% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Azərbaycan Sənaye Sığorta" ASC-dədir. Bu şirkət 6 ay ərzində 939 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 6,8% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "AXA Mbask" Sığorta Şirkəti ASC-dədir.

Bu şirkətin ödənişləri 88,8% azalaraq 415 min manata düşüb.
 

Mənbə: Renkinq.az