preloader gif

Azərbaycanda sığorta şirkətlərini hansı audit şirkətləri yoxlayıb? – SİYAHI


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri,audit şirkətləri
15:32 17.06.2020

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri audit yoxlamasını əsasən “Caspian Consulting and Partners” şirkətinə etibar edib.

Banker.az sığorta şirkətlərinin audit yoxlamasını aparan şirkətləri araşdırıb və həmin araşdırmanı təqdim edirik.

Belə ki, sözügedən şirkət 5 sığorta şirkətinin 2019-cu ildəki fəaliyyətini audit edib. Bu, 2018-ci illə müqayisədə 3 vahid çoxdur.

2-ci yerdə isə “İnvest Finance” MMC və “M ənd J Konsaltinq” şirkəti qərarlaşıb. Bu şirkətlər ötən il üzrə hərəsi ayrı-ayrılıqda 2 sığorta şirkətinə audit rəyi verib.

“Ata Sığorta”nın audit yoxlamasını aparan “Azəri Audit” Auditor firması və “AXA MBASK” sığorta şirkətinin audit yoxlamasını aparan “Kaspian Audit Kompani” MMC isə iki ildə dəyişməz qalıb.

Ümumiyyətlə isə, 12 sığorta şirkəti audit şirkətini dəyişib.

Onu da qeyd edək ki, “Azsığorta” 2019-cu il üzrə audit hesabatını açıqlamadığına görə, “Xalq Həyat” sığorta şirkəti isə 2018-ci ildə fəaliyyət göstərmədiyinə görə, eyni zamanda 2019-cu il üzrə audit hesabatını açıqlamadığına görə müəyyənləşdirmək mümkün olmayıb.

Mənbə: Banker.az