preloader gif

"Həkimlərin maaşları artırılacaq" - Zaur Əliyev


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

12:12 11.07.2019
Azərbaycanda həkimlərin əməkhaqqının növbəti dəfə artması gözlənilir. Bu barədə İcbari Tibbi Sığorta Agentliyinin direktoru Zaur Əliyev bildirib. Onun sözlərinə görə, yeni ildən qüvvəyə minən icbari tibbi sığorta çərçivəsində həkimlərin əməkhaaqı sisteminə yenidən baxılacaq. Dəyişikliklər nəticəsində həkimlərin əməkhaqqı iki hissədən ibarət olacaq. Bunlardan birinci sabit hissə olacaq yəni dəyişməyən hissə, ikinci hissə isə bonus hissə olacaq. Bu hissə isə xəstəxənaya müraciət edən pasientlərin sayından asılı olaraq formalaşacaq.

Zaur Əliyev bildirib ki, indi pilot layihənin keçirildiyi 3 rayonda da belə bonus sistemi var. Amma yeni ildən bu bonus sisteminə tamamilə yenidən baxılacaq.
 
Bundan başqa Zaur Əliyev bildirib ki, bölgələrdə həkim çatışmamazlığının qarşısını almaq üçün və Bakıdakı həkimləri bölgələrə həvəsləndirmək üçün yeni sxem üzərində işlənilir. Bura bölgələrdə işləyən həkimlərə güzəştlərin verilməsi, onların əməkhaqqlarına əlavələrin olunması nəzərdə tutulur. Bundan başqa bir mexanizmdə işə düşəcək ki, Bakıda çalışan həkimlərin 3 gün Bakıda digər 3 günü isə bölgədə işləməsi həvəsləndiriləcək. Bakıdakı həkimlərin bölgəyə getməsi ezamiyyət kimi deyil, əlavə maaş kimi hesablanacaq. Bu da onların daha çox gəlirlərinin olmasına və bölgələrdə işləməsinə həvəsi artıracaq.