preloader gif

Mərkəzi Bank requlyator təyin edildikdən sonra sığorta sektorunun gələcəyi necə olacaq?


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

15:46 16.06.2020

2019-cu ilin noyabr ayından etibarən sığorta bazarının tənzimlənməsi və nəzarəti funksiyası Mərkəzi Banka həvalə edildi. Bu zaman ərzində sektorda baş verən neqativ hallar tez bir şəkildə aşkarlandı və onun aradan qaldırılması üçün tədbirlər planı hazırlanmağa başlanıldı. Qarşıya qoyulan əsas məqsəd verilən qərarların beynəlxalq sığorta prinsiplərinə  uyğun olmasını təmin etməklə yanaşı eyni zamanda, beynəlxalq təcrübələrdən istifadə etməklə Azərbaycan sığorta bazarının inkişafına nail olmaqdır. Mərkəzi Bank fəaliyyətini həyata keçirərkən həm istehlakçıların hüquqlarının qorunmasına, həm də şirkətlərin dayanıqlı inkişafını təmin edilməsinə çalışır.

Məlumdur ki, hal –hazırda Azərbaycan sığorta bazarının inkişafını ləngidən ən mühüm amil bu sahə ilə bağlı fiziki şəxslərin və biznes subyektlərinin yetərincə məlumatının olmaması, eləcə də bu sahəyə olan inamın az olmasıdır. Nəticədə insanlar arasında sığorta mədəniyyətinin dərinləşdirilməsinə və maliyyə savadlılığının artırılmasına illərdir ki böyük ehtiyac var. Uzun illərdir ki, Mərkəzi Bank insanlarda kredit mədəniyyətinin dərinləşdirilməsində və maliyyə savadlılığının artırılması istiqamətində çoxsaylı işlər görmüşdür.  Bu gün insanların artıq böyük bir qismi bank və bank məhsulları barəsində ətraflı məlumata malikdirlər. Bu siyasətin davamının sığorta sektorunda da həyata keçirilməsi Mərkəzi Bankın qarşıya qoyduğu əsas məsələlərdən biridir. Əhalinin sığorta sahəsində məlumatlandırılması və maarifləndirilməsi məqsədilə televiziyada çıxışlar həyata keçirilir və ekspertlər tərəfindən mütəmadi olaraq müsahibələr verilir.

Mənbə: Fins.az