preloader gif

“Xalq Sığorta” şirkəti az haqq topladığı halda, 2 dəfə çox ödəyib


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

10:52 05.06.2020

2019-cu ilin müvafiq ayı ilə müqayisədə cari ilin aprelində sığorta haqları azalmış sığorta şirkətlərindən biri də “Xalq Sığorta” şirkətidir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2020-ci ilin aprelində “Xalq Sığorta” şirkəti tərəfindən 8 milyon 658 min manat sığorta haqqı hesablanıb və bu da illik müqayisədə 8% azalma deməkdir. “Xalq Sığorta” şirkəti ötən ilin analoji dövründə 9 milyon 368 min manat sığorta haqqı yığmışdır.

Sığorta haqlarının azaldığı bir ildə “Xalq Sığorta” şirkətinin sığorta ödənişləri artıb. 2019-cu ildə 3 milyon 47 min manat təşkil etmiş sığorta ödənişləri bu il 6 milyon 219 min manata yüksəlib və yaxud 2 dəfə artıb.

Xatırladaq ki, “Xalq Sığorta” şirkəti 2005-ci ildə başlayaraq öz fəaliyyətini həyata keçirir. Sığorta şirkətinin ödənilmiş nizamnamə kapitalı 58 750 500 manat təşkil edir və qanuni təmsilçisi Raman Kurbanau-dur. Şirkətin səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

Mənbə: Banker.az