preloader gif

Azərbaycan sığorta bazarında ən çox ödəniş edən şirkətlər – Renkinq


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

10:53 04.06.2020

Azərbaycan Mərkəzi Bankı 2020-ci ilin yanvar-aprel ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.

Cari ilin aprel ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Həyat Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 37 milyon 518 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə “Paşa Sığorta”dır (20 milyon 955 min manat).

Üçüncü yerdə 11 milyon 43 min manat olmaqla “Atəşgah Həyat” sığorta şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Xalq Sığorta” şirkəti 6 milyon 219 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Atəşgah” sığorta şirkətidir – 5 milyon 353 min manat.

4 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Amrah Sığorta” (222 min manat), “AXA MBASK” (215 min manat), “Rəvan Sığorta” (161 min manat), “Bakı Sığorta” (68 min manat) olub. “Naxçıvansığorta” və “Xalq Həyat” sığorta şirkətləri isə sığorta ödənişlərini həyata keçirməyiblər.

Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı mayın 19-da “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv etdi.

Beləliklə, sığorta şirkətlərinin sayı 22-dən 21-ə düşüb.

Mənbə: Banker.az