Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) “Standart İnsurance” sığorta şirkətinin lisenziyasını ləğv edib.
“MediaPost” xəbər verir ki, bağlanmaya səbəb kimi isə şirkətin kapitalının tam itirməsi, cari fəaliyyətini etibarlı qaydada həyata keçirməməsi və istehlakçıların hüquqlarının pozulmasına yol verməsi halları göstərilir.
Ümumilikdə isə son 5 ildə Azərbaycanda 7 sığorta şirkəti bağlanıb. “Stardart İnsurance”ın da yer aldığı siyahıya 6 şirkət daxildir. Belə ki, 2015-ci ildə “Era Trans Sığorta”, 2016-cı ildə “Alfa Sığorta”, “Azərqarant Sığorta”, “Beynəlxalq Sığorta” və “Qarant Sığorta”, 2017-ci ildə “Başak İnam Sığorta” bağlanıb.
Sığorta şirkətlərinin bağlanmasında manatın ikili devalvasiyası, onlarla eyni holdinqdə təmsil olunan yaxın bankların maliyyə vəziyyətinin pisləşməsi əsas rol oynayıb.
Həmçinin bu siyahıya bir neçə sığorta şirkətinin adının da daxil ediləcəyi gözlənilir. Mərkəzi Bankın sığorta şirkətlərinə dair təqdim etdiyi göstəricilər və şirkətlərin maliyyə hesabatları da bəzi şirkətlərin bağlanacağına işarə edir.
Mənbə: MediaPost.az