preloader gif

Daşınmaz əmlak sığortasını ləngidən səbəblər açıqlanıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

16:38 12.05.2020

Daşınmaz əmlak sığortasının ölkəmizdə inkşafının ləngiməsinə səbəb, daşınmaz əmlak sənədlərinin natamam olmasıdır. Bir çox vətəndaşın isə, xüsusiylə bölgələrdə yaşayanların əmlaklarına sənədləri ümumiyyətlə yoxdur.

Bunu “MediaPost” a sığorta mütəxəssisi Toğrul Həsənzadə bildirib.

Onun sözlərinə görə, daşınmaz əmlakını sığortalamaq istəyən çox olsa da lazımi sənədləri ala bilmək o qədər də asan deyil:

“Dövlət rüsumları və digər xərclər kifayət qədərdir. Bundan əlavə sənədləri alma prosesi uzundur və bir çox vətəndaş bu prosesin baha və bezdirici olduğunu görüb ümumiyyətlə sənədlərini qaydasına salmaq fikrindən vaz keçir. Bu məsələyə yenidən baxılarsa və asanlaşmasına yönəlik işlər olarsa bu sığorta növündə inkişaf ola bilər. Düşünürəm bu növ sığortaya cərimə tətbiq edilməsə belə marifləndirici işlər görülsə hər bir vətəndaş rahat şəkildə daşınmaz əmlakını icbari sığorta növü ilə sığortalayar”.

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 2-ci fəslində nəzərdə tutulmuşdur.

Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın zəlzələ və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Toğrul Həsənzadənin sözlərinə görə,daşınmaz əmlak sığortası yaşayış binalarının, evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, o cümlədən divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Məlumat üçün qeyd edək ki, daşınmaz əmlakın sığorta haqqı Bakı şəhəri üzrə 50 manat, təminatı 25000 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərində sığorta haqqı 40 manat, təminatı 20 000 manat,digər bölgələrdə sığorta haqqı 30 manat , təminat isə 15000 manatdır.

Mənbə: MediaPost.az