"Az Sığorta" ASC media nümayəndələri üçün “Daşınmaz əmlakın icbari sığortası” mövzusunda təlim təşkil edib. Təlimdə spiker qismində çıxış edən "Az Sığorta" şirkətinin Mənfəət Mərkəzinin rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Qoşqar Şəkərəliyev öncə iştirakçılara icbari sığorta haqqında məlumat verərək daha sonra daşınmaz əmlakın icbarı sığortası barədə geniş təqdimat nümayiş etdirib.
Daha sonra Q.Şəkərəliyev sığorta barəsində jurnalistləri maraqlandıran sualları cavablandırıb. Təlimin sonunda "Az Sığorta" şirkətinin İdarə Heyətinin sədri Anar Talıbov media nümayəndələrinə sertifikatlar təqdim edib.
Xatırladaq ki, "Az Sığorta" ASC fəaliyyət üçün lisenziyanı 2006-cı ilin noyabrında alıb və Azərbaycanın sığorta bazarında ən stabil şirkətlərdən biridir.