preloader gif

İTSDA: İcbari tibbi sığorta tətbiq olunan xəstəxanalarda adambaşına həkimə gəlişlərin sayı 4 olub


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

12:11 30.04.2020

2019-cu ildə icbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazilərdə ambulator-poliklinik gəlişlərin sayı 2018-ci illə müqayisədə 26% artaraq 1,4 milyon, adambaşına düşən həkimə gəlişlərin sayı isə 4 olub.

APA xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin illik hesabatında yer alıb.

Hesabatda qeyd olunub ki, hər həkimə düşən evə yazılan xəstələrin sayı 1,5 dəfə artaraq 2016-cı ildə 27,9-dan 2019-cu ildə 42,4-ə qədər yüksəlib.

Hər çarpayıya düşən evə yazılan xəstələrin sayı isə 2,2 dəfə artaraq 2016-cı ildə 15,3-dən 2019-cu ildə 33,8-ə qədər yüksəlib.

Evə yazılan xəstələrin sayı 11% artaraq 23 888, cərrahi əməliyyatların sayı isə 8% artaraq 10 060 təşkil edib. Çarpayıda keçirilən günlərin orta sayı 4,6-dan 4,2-yə qədər azalıb. Evə yazılan xəstələrin 58%-i, cərrahi əməliyyatların isə 72%-i Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının payına düşüb. 

Mənbə: Apa.az