preloader gif

Sığortasız avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması dayandırıldı


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

20:25 28.04.2020

“Ola bilsin ki, karantin müddətində sığorta şirkətlərinin fəaliyyətində müəyyən məhdudiyyətlər var. Ona görə də nəqliyyat vasitələrinin sahiblərinin icbari sığorta müqaviləsi bağlaması mümkün olmaya bilər”.

“Report”un xəbərinə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi göstəriş verib ki, texniki baxışdan keçməyənlərin elektron qaydada aşkarlanması, eləcə də sığorta müqaviləsinin bitməsi ilə bağlı xüsusi texniki vasitələrlə aşkarlanma karantin müddətində dayandırılsın.

Mənbə: Report.az