preloader gif

"İlin Sığorta Şirkəti" - 2018


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

15:46 13.03.2019

Insure.az onlayn sığorta portalı 2018-ci il ərzində bütün sığorta şirkətlərinin iştirak etdiyi “İlin sığorta şirkəti” bölməsi üzrə vətəndaşlar tərəfindən aparılmış səsvermənin nəticələrini elan etmişdir. Səsvermə vətəndaşların sığorta şirkətlərinin müştərilərə yanaşması, onların sığorta məhsul və xidmətlərindən məmnunluqları əsasında formalaşmışdır.

Səsvermədə ölkədə fəaliyyət göstərən 22 sığorta şirkəti iştirak etmiş və ümumilikdə 401 sayda səs toplamışlar. Bunlardan 18 sığorta şirkətinə səs verilmişdirsə, 4 sığorta şirkətinə heç bir səs verilməmişdir.

Səs verilən sığorta şirkətləri Atəşgah Sığorta (401 səs), Standard Insurance (272 səs), Ata Sığorta (19 səs), A-Group Sığorta (18 səs), A-Group Sığorta (14 səs), Atəşgah Həyat Sığorta (14 səs), Mega Sığorta (12 səs), Qala Sığorta (7 səs), Xalq Sığorta (6 səs), PAŞA Həyat Sığorta (4 səs), Axa Mbask Sığorta (4 səs), Azərbaycan Sənaye Sığorta (3 səs), Az Sığorta (2 səs), AzRe Təkrarsığorta (2 səs), Bakı Sığorta (2 səs) və Azər Sığorta (1 səs) olmuşdur.

Heç bir səs toplamayan sığorta şirkətləri isə İpək Yolu Sığorta, Rəvan Sığorta, Amrah Sığorta və Naxçıvan Sığorta olmuşdur.

Bununla da, vətəndaşlar tərəfindən verilmiş səslərin nəticəsinə görə “Atəşgah Sığorta” ASC 2018-ci ilin sığorta şirkəti elan olunmuşdur.

Insure.az olaraq “Atəşgah Sığorta” ASC-ni təbrik edir və işlərində uğurlar arzu edirik!

Vətəndaşlarımızı daima sığorta xidmətlərindən istifadə etdikləri sığorta şirkətlərinə səs verməyə dəvət edirik.

Səsvermə üçün keçid: https://insure.az/companies/companyofyear