preloader gif

Deputat “Sosial sığorta haqqında” qanuna dəyişiklik olunmasını təklif edib


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

16:05 18.03.2020

“Sosial sığorta haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi zəruridir”.

Məlumata görə, bunu Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, bəzi insanların rəsmi iş yerləri olmadığı üçün onlar bəzi məsələlərdə problemlər yaşayırlar. 

O qeyd edib ki, bu gün 250 manat maaş alan şəxslər 62 manat 50 qəpik sığorta ödəyir: “Məcburi ödənişlərlə minimum əmək haqqı arasındakı fərqi nəzərə almaq lazımdır. Təklif edirəm ki, buna görə də, “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilsin”. 

Vüqar Bayramov məcbur köçkünlərlə bağlı da məsələ qaldırıb. O söyləyib ki, məcburi köçkünlərə kompensasiya verilməsi ilə bağlı problemlər mövcuddur. 

Deputat əlavə edib ki, gəlirlərin deklarasiyasına dair qanun layihəsi də hazırlanmalıdır.

Komitə sədri Musa Quliyev isə “Sosial sığorta haqqında” qanunun təkmilləşdirilməsi, əlavə və dəyişikliklərlə bağlı məsələ üzərində çalışmağı Vüqar Bayramova tapşırıb. 

M. Quliyev bildirib ki, bu barədə layihə yaz sessiyasına çatmasa, payız sessiyasında Milli Məclisə təqdim edilə bilər. 

Komitə sədri eyni zamanda bildirib ki, müvafiq qurumlar da bu layihənin hazırlanmasına cəlb edilməlidir.

Mənbə: Apa.az