Artıq, siz sığorta müqaviləsini əldə etdiyiniz an, sığorta şirkətlərinin reytinq ballarını görə biləcəksiniz. Qeyd edək ki, həmin reytinq balları müştərilər tərəfindən verilən rəylər əsasında formalaşır. Həmin rəylər portal administratorları tərəfindən həqiqiliyi və konkret hala aid olduğu təstiqləndikdən sonra reytinq ballarına əlavə edilir. Yeri gəlmişkən, rəy sayı rəqəminin üzərinə tıklamaqla rəylərlə əyani şəkildə tanış da ola bilərsiniz. Bununla da sığorta şirkətlərinin xidmət keyfiyyətləri barədə müştərilər tərəfindən real təcrübəyə əsaslanaraq real mənzərə ortaya çıxmış olur.
Bu yeniliyi nəzərə alaraq
Vətəndaşlara sığorta şirkəti seçimi edərkən bu reytinq və rəyləri nəzərə almağı tövsiyyə edirik!
Sığorta şirkətlərinə isə bu reytinq göstəricilərini daim yüksək tutmağa çalışmalarını tövsiyyə edirik!
Rəylərlə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz:
https://insure.az/communication/feedback
Onlayn şəkildə sığorta əldə etmək üçün isə bu linkə daxil ola bilərsiniz: