preloader gif

İpoteka və Kredit Zəmanət Fondu "PAŞA Sığorta" və "Atəşgah Sığorta"nı keçirdiyi tenderlərin qalibi elan edib


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

12:56 30.01.2020

İpoteka və Kredit Zəmanət Fonduna məxsus daşınmaz əmlakların sığortalanması ilə bağlı elan edilmiş açıq tenderin nəticəsi məlum olub. 

"Report" xəbər verir ki, tenderin qalibi "PAŞA Sığorta" ASC-dir. 

Fond ona məxsus daşınmaz əmlakların istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortasına dair elan etdiyi açıq tenderin nəticəsini də elan edib. Bu tenderin qalibi isə "Atəşgah Sığorta" ASC-dir. 

Yanvarın 24-də hər iki sığorta şirkəti ilə satınalma müqaviləsi imzalanıb. 

mənbə: report.az