preloader gif

Sığorta şirkətlərlə müqavilə bağlandı


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
08:47 24.12.2020

“Sosial iş yerlərində işçilərin əmək haqqının  müəyyən bir müddətə sığortaedənlərlə birlikdə maliyyələşməsi də yeni proqramdır”.

Fins.az xəbər verir ki, bunu 10-cu Beynəlxalq “Caspian Energy Investment” Forum və 5-ci Beynəlxalq “Caspian Business Award 2020” mükafatının təqdimetmə mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Nazir müavini əlavə edib ki, bir istiqamət də proaktiv xidmətlərin göstərilməsi olacaq: “Çünki bir çox hallarda biz görürük ki, daha çox son vaxtlar proaktiv xidmətlər müsbət qarşılanır. Gələcək üçün biznes sektorlarla əsas əməkdaşlıq sahələrimiz bunlar olmalıdır. Sosial iş yerlərində işçilərin əmək haqqının  müəyyən bir müddətə sığortaedənlərlə birlikdə maliyyələşməsi də yeni proqramdır.

Bu il ərzində təqribən 35 şirkətlə müqavilə bağlamışıq. Düşünürük ki, 2021-ci il ərzində təxminən 400 nəfər işçinin maliyyələşməsinə imkan yarada bilərik”.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET