preloader gif

Sığorta yığımlarının 74%-i 5 şirkətin kassasına daxil olur


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
15:36 09.12.2020

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanılmış 628 milyon 374 min manat sığorta haqqının 462 milyon 309 min manatı və yaxud 73.6%-i 5 sığorta şirkətinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, həmin şirkətlər “PAŞA Həyat Sığorta” (208 milyon 514 min manat), “PAŞA Sığorta” (145 milyon 940 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta” 46 milyon 83 min manat), eləcə də “Atəşgah Həyat Sığorta” (34 milyon 269 min manat) və “Meqa Sığorta” (27 milyon 503 min manat) ASC-lərdir.

10 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Naxçıvansığorta” (1 milyon 386 min manat), “Rəvan Sığorta” (1 milyon 78 min manat) və “AXA MBask” (5 min manat) ASC-lərdir.

 




Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET