preloader gif

Karantinlərdən sonra həyat sığortası bazarında durum ağırlaşıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı,heyat sigortasi, həyat sığortası
09:58 09.12.2020

Azərbaycanda 2020-ci ildə həyatın yaşam sığortasının ödənişlərinin həcmi artır, bu isə öz növbəsində bu bazarın iştirakçılarına il üzrə maliyyə hesabatlarına mühüm təsir edə biləcək.

Cari ilin ilk 10 ayı ərzində 213.94 milyon manat həcmində həyat sığortası üzrə ümumi haqq yığıldığı halda, bunun qarşılığında həyat sığortası şirkətləri 216.01 mln. manatlıq ödəniş edib. Göründüyü kimi həyat sığortası şirkətlər yığım ehtiyyatlarından ümumi 2.06 mln. manat vəsait ödəmək məcburiyyətində qalıblar.

Lakin, bu görünən ümumi rəqəmlərə aiddir. Burada ölüm halında sığortalanma üzrə haqların ödənilməsi ilə arasındakı olan müsbət fərq cəmi həyat sığortası üzrə rəqəmlərdəki mənfi fərqi azaldır. Məsələn, cari ilin 10 ayı ərzində Azərbaycanın həyat sığortası şirkətləri yaşam sığortası üzrə 176.26 milyon manat yığım etdiyi halda, ödənişlərin həcmi 214.77 mln. manat olub. Nəticədə, 38,51 mln. manatlıq mənfi fərq yaranmasına səbəb olub.

Cari ilin oktyabr ayı ərzində 13.22 milyon manat sığorta haqqı yığılıb, 31.54 milyon manat sığorta ödənişi edilib. Bununla da 18.32 milyon manat mənfi fərq yaranıb. Mənfi tendensiya isə cari ilin aprel ayından sonra müşahidə edilməkdədir.

Məlumat üçün bildirməliyik ki, 2019-cu ilin analoji dövründə həyatın yaşam sığortası üzrə yığımların həcmi 138.63 milyon manat qarşılığında, cəmi 87.79 milyon manatlıq ödəniş edilmişdi.


 

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET