preloader gif

PAŞA Sığorta “Sığortalı evimdə yeni il sürprizi” adlı yeni kampaniyasını təqdim edir


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
11:53 04.12.2020

Ən dəyərli varlığınızdan biri olan evinizin sizi qoruduğu kimi, siz də evinizi bütün təhlükələrdən qorumalısınız. Sahib olduğunuz əmlakınıza qarşı maksimum qayğılı olmağa çalışsanız belə, bəzən sizdən asılı olmayan səbəblərdən istənilməyən zərərlərlə üzləşə bilərsiniz. Sizi məyus edə biləcək hadisələr qarşısında təşvişə düşməkdənsə, bu hissəni bizə həvalə edin. “Sığortalı evimdə yeni il sürprizi” kampaniyamız çərçivəsində əmlakınızı sığortalamaq sizə sevinc bəxş edəcək.

 “Yaşıl Bakı” könüllü əmlak sığortası məhsuluna daxil olan Zeytun, Çinar və  Cökə paketlərindən birini əldə edərək həm eviniz sığortalayacaq, həm də PAŞA Sığortadan hədiyyə olaraq alış-veriş kartı qazanacaqsınız.
Yeni kampaniyamıza, əsasən, müştərilərimiz 99 AZN sığorta haqqı ilə Çinar, 149 AZN sığorta haqqı ilə Cökə və 199 AZN sığorta haqqı ilə Zeytun paketini əldə etməklə yanaşı, BRAVO marketlər şəbəkəsində müvafiq olaraq 30 AZN, 40 AZN və 50 AZN dəyərində alış-veriş kartını hədiyyə olaraq əldə edəcəklər.

Eyni zamanda, əmlak sığortası üzrə tam könüllü əmlak sığortası məhsulu əldə edən müştərilərimizə də 50 AZN-dək alış-veriş kartı hədiyyə olaraq təqdim ediləcəkdir.
Könüllü əmlak sığortası məhsullarını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat almaq üçün *7000 - Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya və ya //bit.ly/3msFGGG keçidi vasitəsilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq, müraciətinizi bildirə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.




Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET