preloader gif

"AtaSığorta" şirkətinə - YENİ TƏYİNAT

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı 14:21 03.12.2020

Sığorta bazarında anderrayter kimi 17 illik təcrübəsi olan, kifayət qədər tanınmış Elnarə Abbasova “AtaSığorta” ASC-nin Anderraytinq və Təkrarsığorta Departamentinin direktoru vəzifəsinə təyin olunub.

Fins.az xəbər verir ki, Elnarə Abbasova bu illər ərzində AXA MBASK Sığorta Şirkətində Anderraytinq və Təkrarsığorta Departamentinin direktoru, Zaman Sığorta və Təkrar Sığorta üzrə Broker MMC-də baş anderrayter vəzifələrində çalışıb.

“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. “AtaSığorta” ASC müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir.

AtaSığorta şirkəti 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir.

Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.







Mənbə: Fins.az