preloader gif

Azərbaycanda işin dayanması ilə bağlı risklərdən sığortaya maraq artıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri,sigorta odenisleri, sığorta ödənişləri
08:57 03.11.2020

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən qarışıq maliyyə risklərinin sığortası (işin dayanması ilə bağlı risklərdən sığorta) üzrə 2020-ci ilin sentyabr ayı ərzində 406.8 min manat həcmində sığorta haqqı yığılıb. Bu il bu növ sığorta üzrə 13.2 min manat sığorta ödənişi həyata keçirib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

AMB-nin məlumatına əsasən, 2018-ci ildə bu sığorta növü şirkətlərin toplam sığorta haqları 0.6 min manat təşkil edib. Həmin il ərzində heç bir ödəniş həyata keçirilməyib.

Belə ki, cari ilin sentyabrında ötən ilin müvafiq dövrüylə müqayisədə işin dayanması ilə bağlı risklərdən sığorta üzrə sığorta haqları 28% artıb. 2019-cu ilin sentyabr ayında bu növ sığorta üzrə 318.8 min manat sığorta haqqı yığılıb.

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET