preloader gif

“AtaSığorta” ASC 2020-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlamışdır


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri,sigorta odenisleri, sığorta ödənişləri, ata sigorta, Ata sığorta
13:39 22.10.2020

“AtaSığorta” ASC 2020-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlamışdır. Şirkətdən verilən məlumata əsasən cari ilin yanvar-sentyabr ayları ərzində ümumi sığorta haqqı yığımları 10,5 milyon manat təşkil etmişdir.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta haqqı yığımları 3,3 milyon manat (23,8%) azalmışdır. “AtaSığorta” ASC 2020-ci ilin 9 ayı ərzində 6,6 milyon manatdan çox sığorta ödənişi həyata keçirmişdir.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində azalma 4,6 milyon manat (40,8%) olmuşdur. Hesabat dövründə şirkətin xalis mənfəəti 622.061 manat olmuşdur.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 sığorta növü – 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 60-dan artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET