preloader gif

Xərci borcunu ödəməyən sığorta şirkətləri məlum oldu - SİYAHI


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri,sigorta odenisleri, sığorta ödənişləri
10:18 08.10.2020

2020-ci ilin yanvar-avqust ayları üzrə sığorta şirkətlərinin zərərlilik göstəricisi məlum olub. Söhbət şirkətlərin ödəniş-yığım nisbətindən gedir. 

"MediaPost" xəbər verir ki, ödəniş-yığım nisbəti üzrə ən yüksək göstərici  "Atəşgah Həyat" (95,1%) və "PAŞA Həyat" (77,2%) şirkətlərində müşahidə edilib. Yatırım sığortası üzrə depozitlərin statistikada öz əksini tapdığını nəzərə alsaq, zərərlilik üzrə bazarın lideri "A-Qroup Sığorta"dır. Şirkət topladığı hər 100 manatdan 76 manatını müştərilərinə ödəniş olaraq geri qaytarıb. "Atasığorta" üzrə bu göstərici 63,3%, "Atəşgah" üzrə 60,9%, "Xalq Sığorta" üzrə isə 55,5% təşkil edib. 12 sığorta şirkətinin zərərlilik göstəricisi 50%-dən aşağı olub. "Xalq Həyat" şirkəti isə hər hansı bir ödəniş etmədiyi üçün zərərlilik sıfıra bərabər olub. 

Mənbə: MediaPost.az

SIĞORTANI İNDİ ƏLDƏ ET