preloader gif

“AtaSığorta” ASC peşəkarlarla komandasını gücləndirir


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
09:48 10.09.2020

“AtaSığorta” ASC komandasını peşəkar kadrlarla gücləndirməkdə davam etməkdədir. Kərimova Nərgiz “AtaSığorta” ASC-nin İnsan Resursları şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Nərgiz Kərimova 2011-cil ildə Azərbaycan Respublikasının Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər” ixtisası üzrə fərqlənmə ilə bakalavr dərəcəsini, 2013-cü ildə isə Bakı Slavyan Universitetinin “Diplomatiya” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirmişdir. Universitetdə oxuyarkən fərqli təlim və tədris ocaqlarında müəllimlik fəaliyyəti ilə məşğul olmuş, həm dövlət və həm də özəl sektorlarda təcrübə keçmişdir. 2012-2013-cü illərdə “BLBS” MMC-də, 2013-2020-ci illərdə Gilan Holdingin İnsan Resursları departamentində çalışıb Baş mütəxəssis vəzifəsinə kimi yüksəlmişdir. Son iş yeri Milla Süd Zavodunun İnsan Resursları üzrə Şöbə Rəhbəri vəzifəsi olmuşdur. Rus, İngilis, Fransız, Türk xarici dillərini mükəmməl bilir.

“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. “AtaSığorta” ASC müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir. AtaSığorta şirkəti 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir.

Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.

Mənbə:Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET