preloader gif

Kranın aşması nəticəsində ziyan çəkən avtomobillərin sığortasını kim ödəyəcək?


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
09:48 07.09.2020

Bu gün Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması nəticəsində ətrafda park vəziyyətində olan 6 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Fins.az olaraq həmin avtomobillərə dəyən ziyanın sığorta hadisəsi kimi qiymətləndirilməsini araşdırdıq.

Sığorta eksperti İlkin İbrahimov bildirdi ki, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 3-cü fəslində nəzərdə tutulub:

“Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu məqsədlər üçün əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür. Yuxarıda sadaladığımız hər hansı əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.

Başqa sözlə, kranın məxsus olduğu şirkət mütləq bu sığorta növü ilə sığorta olunmalı idi. Çünki bu növ sığorta icbari sığortadır”.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET