preloader gif

Həyatın yığım sığortasına köçürülən maaşlar artır – 7 ayda 135 milyon manatı keçdi


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
16:29 31.08.2020

Həyatın yaşam (yığım) sığortası üzrə hesablanan sığorta haqları artır. Bu, daha çox şəxsin öz maaşını həyatın yaşam sığortasına köçürməsi deməkdir.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, həyatın yaşam sığortası üzrə hesablanmış sığorta haqları 2020-ci ilin yanvar-iyul ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 32 milyon 927 min manat və yaxud 32% artaraq 135 milyon 364 min manat təşkil edib.

İlk 7 ayda həyatın yaşam sığortası üzrə ödənişləri isə 73 milyon 686 min manat və yaxud 2.2 dəfə artaraq 136 milyon 520 min manat olub.

Həyatın yaşam sığortası üzrə hesablanmış sığorta haqlarında bu il ötən ilin eyni dövrü ilə müqayisədə artım olsa da, hələ də 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə azdır.

Belə ki, 2018-ci ilin ilk 7 ayında 152 milyon 883 min manat sığorta haqları hesablanmışdır.

Qeyd edək ki, Azərbaycanda 4 həyat sığortası şirkəti (Atəşgah Həyat, PAŞA Həyat, Qala Həyat və Xalq Həyat) fəaliyyət göstərir.

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET