preloader gif

"Atəşgah Sığorta"nın sədri: "İcbari avtosığortadan imtina edirik"


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
12:20 31.08.2020

Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin 7 ayı üzrə açıqladığı hesabatına əsasən “Atəşgah Sığorta” şirkətinin yığımları kəskin azalıb. Belə ki, bu ilin yanvar-iyul ayları ərzində sığorta şirkəti 13,821 mln. manat sığorta haqqı toplayıb.

2019-cu ilin yanvar-iyul aylarında şirkətin satışdan əldə etdiyi yığımlarının həcmi 23,029 mln. manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,208 mln. manat (sığorta bazarı üzrə ən böyük azalma) və ya 40,0% azalma deməkdir. 

“Atəşgah Sığorta" şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev MediaPosta açıqlamasında məsələyə aydınlıq gətirib.   

O bildirib ki, kəskin azalmaya iki amil təsir edib. Birincisi, avtomobillərin icbari məsuliyyət sığortasından imtina edilib: “Çalışırıq bu sığorta məhsulundan az sataq. Çünki zərərlilik çox yüksəkdir”. 

O qeyd edib ki, digər sığorta şirkətlərində yığımların artımı əsasən icbari avtosığorta ilə bağlıdır: “Şirkətlər icbari avtomobil sığortası üzrə yığımları artırsalar da, zərərlə işləməyə başlayıblar". 

A.Əliyev bildirib ki, “Atəşgah Sığorta” kommersiya şirkəti olduğu üçün yüksək xidmətlə yanaşı, mənfəətliliyə də önəm verir. 

Onun sözlərinə görə, sığorta şirkətində yığımların azalmasının digər səbəbi pandemiyanın yaratdığı çətinlikdir: “Bir-iki iri korporativ müştərimiz pandemiya səbəbindən hələlik sığorta müqavilələrini yeniləməyiblər. Bu da yığımlara təsir edib”.

İdarə heyətinin sədri əlavə edib ki,  “Atəşgah Sığorta” hazırda könüllü sığorta növlərinə fokuslanıb: “Könüllü tibb sığortasına yönəlmişik, koronavirusla bağlı sığorta məhsulu və bir neçə könüllü sığorta məhsulu yaratmışıq. Bundan əlavə, çalışırıq ki, icbari əmlak sığortası üzrə satışları artıraq”. 

Mənbə: MediaPost.az

SIĞORTANI İNDİ ƏLDƏ ET