preloader gif

12 sığorta şirkətinin ödənişləri artıb – SİYAHI


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
11:59 31.08.2020

2020-ci ilin ilk 7 ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətindən 12-nin ödənişləri illik müqayisədə artıb, 7-nin ödənişləri azalıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, Xalq Həyat ötən ilin və cari ilin iyul ayında ödəniş etmədiyindən, Bakı Sığortanın isə 2019-cu il və 2020-ci ilin müvafiq dövründə sığorta ödənişi eyni olduğundan müqayisə mümkün deyil.

Ən çox sığorta ödənişi artan şirkətlər arasında birinci yerdə “Naxçıvansığorta” şirkəti (8 dəfə) dayanır. Sığorta ödənişi ən az artan şirkət isə “A-Qroup Sığorta” və “Qala Sığorta”dır (artım 2%).

Ödənişləri illik müqayisədə ən çox azalan şirkət “AXA Mbask” sığorta şirkətində (89% azalma), ən az azalma isə “Dövlət Sığorta Kommersiya” şirkətində (6% azalma) qeydə alınıb.

Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı mayın 19-da “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv etdi. Beləliklə, sığorta şirkətlərinin sayı 22-dən 21-ə düşüb.

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET