preloader gif

Azərbaycanda həyat sığortası 19%, qeyri-həyat sığortası isə 5% artıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı, həyat sığortası, qeyri-heyat sigortasi, heyat sgortasi
11:18 28.08.2020

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 192 milyon 179 min manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 18,9% çoxdur.

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 275 milyon 304 minmanat təşkil edib. Bu isə illik müqayisədə 5,4% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,1 dəfə artaraq 138 milyon 393 min manata çatıb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 5,4% azalaraq 84 milyon 803 min manata düşüb.

Beləliklə, 2020-ci ilin yanvar-iyul aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 72 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 30,8 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar-iyul aylarında müvafiq olaraq 40,2 manat və 34,3 manat olub.

Könüllü sığorta 14%, icbari sığorta isə 4% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 325 milyon 34 min manat sığorta haqqı toplanılıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% çoxdur.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 3,7% artaraq 142 milyon 449 min manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 187 milyon 808 min manat təşkil edib ki, bu da illik müqayisədə 70,75% çoxdur.

İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 20,7% azalaraq 35 milyon 388 min manata düşüb.

Beləliklə, 2020-ci ilin yanvar-iyul aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 57,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-iyul aylarında 38,5 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 32,5 manatdan 24,85 manata düşüb.

Renkinq.az

SIĞORTANI İNDİ ƏLDƏ ET