preloader gif

Həyat sığortalarına gətirilən yeni tənzimləyici qaydalar AÇIQLANDI


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

icbari əmlak
15:22 05.06.2024

Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Azərbaycan Banklar Assosiasiyası bu gün birgə mətbuat konfransı keçiriblər.

Fins.az xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyat sığortalarına gətirilən yeni tənzimləyici qaydalara aydınlıq gətirilib.

Tədbirdə Azərbaycan Sığortaçılar Assosiasiyasının və Azərbaycan Banklar Assosiasiyasının rəhbərlikləri, habelə bank və sığorta şirkətlərinin rəhbər nümayəndələri çıxış edərək həyata keçirilən yeniliyin vətəndaşyönümlü əhəmiyyətindən söz açıblar. Müvafiq dəyişikliklərin növbəti dövrdə istehlak krediti götürən fiziki şəxslərin həyat risklərinə qarşı sığorta təminatının sürətlə genişlənəcəyinə əminliklərini vurğulayıblar. 

Çıxışçılar bildiriblər ki, bu yenilik ilə istehlak krediti götürmək istəyən müxtəlif əhali qruplarının onlara daha əlverişli şərtlərlə təklif ediləcək həyat sığortasına əlçatanlığını təmin edəcək.

Daha sonra jurnalistlərin suallarını cavablandıran tədbir iştirakçıları Mərkəzi Bankın İdarə Heyətinin 2024-cü il 16 may tarixli qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na edilmiş əlavə və düzəlişləri media mənsublarına geniş şəkildə izah ediblər.

SIĞORTANI İNDİ ƏLDƏ ET