preloader gif

Sığorta şirkətlərinin investisiyaları 18 % artıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

icbari əmlak
15:39 20.05.2024

Azərbaycan sığorta şirkətləri institutsional investor kimi potensialını reallaşdırıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.

Məlumata görə, sığorta şirkətlərinin investisiyaları ötən ilin sonu ilə müqayisədə 18 % artaraq 1,501 milyon manata çatıb.

Vurğulanıb ki, artım əsasən dövlət qiymətli kağızları hesabına baş verib. Ümumilikdə, həyat sığorta şirkətlərinin aktivlərinin 91 %- ni, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 73 %-ni investisiya portfeli təşkil edib.

Qeyd olunub ki, sığorta şirkətlərinin investisiya aktivləri əsasən dövlət qiymətli kağızlarından və bank vəsaitlərindən ibarətdir.

2023-cü ildə sığorta sektoru investisiya fəaliyyətindən 85 milyon manat gəlir əldə edib ki, bu da cəmi gəlirlərin 6 %-ni təşkil edib.

Hesabatda bildirilib ki, sığorta şirkətlərinin mənfəətliliyi artıb. 2022-ci ilin sonu ilə müqayisədə həm həyat, həm də qeyri-həyat sığorta şirkətləri daha çox mənəət generasiya ediblər. Qeyri-həyat sığorta şirkətləri üzrə artım daha nəzərəçarpan olub. Hər iki qrup üzrə artımın səbəbi əsas əməliyyat gəlirlərinin artımı olub.

Hesabat ili ərzində sektorun məcmu kapitalı və kapital buferi artıb. Ötən il sığorta sektoru üzrə məcmu kapital 12 % artıb. Məcmu kapitalın tələb olunan kapitala nisbəti 7 faiz bəndi artaraq 183 % olub.

Fuad Mədətov
Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET